Xəzər Xəbər

Yaponiya Ukraynaya 106 milyon dollar ayıracaq

Dünya | 15:00 • 11 Fevral 2024
Yaponiya Ukraynaya 106 milyon dollar ayıracaq

Yaponiya hökuməti Ukraynanın bərpası üzrə fevralın 19-na planlaşdırılan ikitərəfli konfransından sonra Kiyevə 15,8 milyard yen (təxminən 106 milyon dollar) məbləğində qrant köçürmək niyyətindədir.

Bu barədə "Kyodo" agentliyi mənbələrə istinadən bildirib.

Yaponiya tərəfinin Ukrayna ərazisinin minalardan təmizlənməsinə və ölkədə humanitar vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəyi, yerli kənd təsərrüfatının, yeni istehsal növlərinin, o cümlədən biotexnologiya sahəsinin, eləcə də İT texnologiyalarının inkişafına təkan verəcəyi gözlənilir.

Bundan əlavə, Yaponiya Ukraynanın enerji və nəqliyyat infrastrukturunun bərpası üzrə işlər aparacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024