Xəzər Xəbər

İraqda şəhid olan Türkiyə hərbçilərinin sayı 9-a ÇATDI/YENİLƏNİB-2

Dünya | 08:56 • 13 Yanvar 2024
İraqda şəhid olan Türkiyə hərbçilərinin sayı 9-a

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

02:38

Türkiyə ordusunun İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən daha ikisi şəhid olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da şəhid hərbçilərin sayı səkkizə çatıb.

Qeyd olunub ki, bölgədə davam edən əməliyyat zamanı məhv edilən terrorçuların sayı 15 olub

00:57

İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində 6 türk əsgəri şəhid olub, 2-si ağır olmaqla 8 hərbçi yaralanıb.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, cavab tədbirləri nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024