Misirin hazırkı Prezidenti Əbdülfəttah Əs-Sisi prezident seçkilərində səsvermədə iştirak edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Əl-Əhram” qəzeti məlumat yayıb. Məlumata görə, həmçinin birinci xanım İntisar Əs-Sisi səsvermədə iştirak edib.
Qeyd edək ki, seçki məntəqələri bu gün Misirdə yerli vaxt ilə səhər saat 09:00-dan açılıb və dekabrın 12-dək işləyəcək. Misirdə təxminən 67 milyon vətəndaşın səsvermə hüququ var.
Əbdülfəttah əl-Sisidən başqa, sol müxalifətin nümayəndəsi Fərid Zahran, hüquqşünas Abdel Sanada Yamama və Respublika Xalq Partiyasının rəhbəri Hazem Ömər də prezidentliyə namizəddirlər.
Qeyd edək ki, 2014-cü ildə hakimiyyətə gələn Əbdül Fəttah əs-Sisi 2019-cu ildə bir dəfə seçilmək məhdudiyyəti saxlanılmaqla, prezidentlik müddətinin dörd ildən altı ilədək uzadılmasını nəzərdə tutan dəyişikliyi qəbul edib. Eyni zamanda, ölkə prezidentinin səlahiyyətini 2024-cü ilədək uzadan və əs-Sisiyə üçüncü dəfə dövlət başçısı seçilməyə imkan verən “keçid maddəsi” də qəbul olunub.