Xəzər Xəbər

Putin Prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Dünya | 15:34 • 8 Dekabr 2023
Putin Prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Vladimir Putin Rusiyada keçiriləcək Prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.

Xezerxeber.az “Kommersant”a istinadən xəbər verir ki, Prezident bunu dekabrın 8-də Kremlin Müqəddəs Georgi zalında Ukraynada müharibə iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdimetmə mərasimində bildirib.

Qeyd edək ki, Rusiyada Prezident seçkiləri martın 17-də keçiriləcək. Vladimir Putin qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024