Xəzər Xəbər

İsrail ordusu Qəzzada 80 hərbçisini itirib

Dünya | 16:53 • 5 Dekabr 2023
İsrail ordusu Qəzzada 80 hərbçisini itirib

Qəzza sektorunda aparılan hərbi əməliyyatlar nəticəsində İsrail ordusunun daha iki əsgəri öldürülüb və beləliklə yerüstü əməliyyat başlayandan bəri həlak olan hərbçilərin sayı 80 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat İsrail ordusunun mətbuat xidmətinin saytında yerləşdirilib.

Məlumata görə, həlak olanlardan biri kapitan, digəri isə ehtiyatdan çağırılan mayordur. Onların hər ikisi noyabrın 4-də Qəzza zolağında gedən döyüşlər zamanı öldürülüb.

Xatırladaq ki, dekabrın 1-də İsrail ordusu HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağında döyüşləri bərpa edib. Münaqişə başlayandan bəri İsrail Silahlı Qüvvələri ümumilikdə 406 hərbçisini itirib.

Xəbər lenti

Çox oxunanlar