Xəzər Xəbər

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Dünya | 13:29 • 3 Dekabr 2023
Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Almaniya Ukraynaya yeni hərbi yardım paketini təhvil verib. Buraya müxtəlif növ nəqliyyat vasitələri, mərmilər və dron əleyhinə sistemlər daxildir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Yeni hərbi paketə dörd ədəd 8x8 HX81 traktor və onlar üçün yarımqoşqu, üç növ nəqliyyat vasitəsi (yük maşınları, mikroavtobuslar, bütün ərazi nəqliyyat vasitələri), sərhəd xidməti üçün iki avtomobil, beş dron aşkarlama sistemi, Radio Antena Mast sistemi, 3840 ədəd artilleriya sursatı, 25 ədəd lazer məsafəölçən, 15 HLR 338 snayper tüfəngi və onlar üçün 60 min patron daxildir.

Xatırladaq ki, Almaniya Ukraynaya hərbi, siyasi və maliyyə dəstəyi ilə yardım edən ölkələrdən biridir. Berlin Kiyevi bir neçə növ artilleriya, köhnə və yeni “Leopard” tankları, IRIS-T və “Patriot” hava hücumundan müdafiə sistemləri, döyüş sursatı, nəqliyyat vasitələri, pilotsuz uçuş aparatları və digər silah növləri ilə təmin edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024