Xəzər Xəbər

İsrail kəşfiyyatı HƏMAS liderlərini məhv etməyi PLANLAŞDIRIR KİV

Dünya | 08:30 • 2 Dekabr 2023
İsrail kəşfiyyatı HƏMAS liderlərini məhv etməyi PLANLAŞDIRIR

İsrail kəşfiyyat xidmətləri Qəzza zolağında hərbi əməliyyat başa çatdıqdan sonra Fələstinin radikal HƏMAS hərəkatının dünya üzrə liderlərini izləməyə və məhv etməyə hazırlaşır.

Xezerxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun göstərişi ilə kəşfiyyat agentləri, xüsusilə Livan, Türkiyə və Qətərdə HƏMAS liderlərini izləmək üçün planlar hazırlayırlar.

Qeyd olunub ki, bu, İsrailin bütün dünyada illərlə davam edə biləcək gizli əməliyyatlarının başlanğıcı ola bilər. Eyni zamanda, qəzet vurğulayıb ki, xaricdə məqsədyönlü qətllər beynəlxalq hüququn pozulmasına çevrilə və yerli hakimiyyət orqanlarının icazəsi olmadan həyata keçiriləcəyi ölkələrin cavabı ilə nəticələnə bilər.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024