Xəzər Xəbər

Ərdoğan: Türkiyə bütün böhranlarda sülhün yanında olub

Dünya | 18:17 • 1 Dekabr 2023
Ərdoğan: Türkiyə bütün böhranlarda sülhün yanında olub

COVİD-19 pandemiyası və Rusiya-Ukrayna münaqişəsindən sonra dünyamız indi də İsrail-Fələstin qarşıdurmasının acı nəticələri ilə üz-üzədir. Türkiyə bütün bu böhranlarda sülhün yanında olub, ədalət və bərabərlik üçün çalışıb. Biz iqlim dəyişikliyinə də bu prizmadan yanaşırıq.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci sessiyasında çıxışı zamanı bildirib.

Türkiyənin 2053-cü ilədək xalis sıfır emissiya hədəfinə nail olmağı nəzərdə tutduğunu deyən Ərdoğan vurğulayıb ki, ölkəsi 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfini iki dəfə artırıb.

Bildirilib ki, bu kontekstdə ilin sonunadək karbon qazı emissiyalarının 66,6 milyon ton azalacağı gözlənilir. Türkiyə bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisindəki payını 55 faizə çatdıraraq sahə üzrə Avropada 5-ci, dünyada isə 12-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Prezidentinin bir sıra dövlət və hökumət rəhbərləri ilə ikitərəfli görüşləri keçirilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024