Xəzər Xəbər

Qəzza sektorundakı vəziyyət Moskvada müzakirə olunur

Dünya | 17:06 • 21 Noyabr 2023
Qəzza sektorundakı vəziyyət Moskvada müzakirə olunur

Yaxın Şərq probleminin həllində region dövlətləri iştirak etməlidirlər.

Xezerxeber.az xəbər verir ki, bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının və İslam Əməkdaşlığı Təşkilatının üzvü olan ölkələrin XİN başçıları ilə Moskvada keçirilən görüşdə söyləyib.

Lavrov xatırladıb ki, əvvəllər Yaxın Şərq probleminin həlli ilə Avropa İttifaqı, ABŞ, Rusiya və BMT dördlüyü məşğul olurdu, lakin indi bu dördlük fəaliyyətini dayandırıb. Rusiyalı nazir paytaxtı Qüds olmaqla, 1967-ci il sərhədində Fələstin dövlətinin yaradılmasına dair danışıqlar prosesini dərhal bərpa etməyə çağırıb.

Xəbər lenti

Çox oxunanlar