Xəzər Xəbər

KİV: HƏMAS və İsrail girovlar barədə danışıqlarda irəliləyiş əldə edib

Dünya | 15:25 • 20 Noyabr 2023
KİV: HƏMAS və İsrail girovlar barədə danışıqlarda irəliləyiş əldə edib

HƏMAS hərəkatı və İsrail Qəzza sektorunda saxlanılan girovların azad edilməsi üzrə danışıqlarında irəliləyişə nail olublar.

“Yedioth Ahronoth” qəzeti yazır ki, Qətərdən olan vasitəçilərin sözlərinə görə, HƏMAS ilk mərhələdə 50 qadından və gəncdən ibarət girovlar qrupunu döyüş əməliyyatlarında dörd- beş günlük fasilə, 150 nəfər fələstinli qadın və uşağın İsrail həbsxanalarından buraxılması və Qəzza sektoruna yanacağın tədarükü müqabilində azad edə bilər.

İsrailin hakimiyyət orqanlarının məlumatına əsasən, hazırda HƏMAS hərəkatının əlində 240-250 nəfər girov var. Onların əksəriyyəti İsrail vətəndaşı olsa da, bəzilərinin ikili vətəndaşlığı mövcuddur. Həmçinin saxlanılanlar arasında İsrail vətəndaşlığı olmayan 35 nəfər də var ki, onların da əksəriyyəti İsrailə işləməyə gələn tailandlılardır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024