Xəzər Xəbər

Hökumətin namizədi Argentinada prezident seçkilərində Xavyer Mileyin qələbəsini tanıyıb

Dünya | 09:26 • 20 Noyabr 2023
Hökumətin namizədi Argentinada prezident seçkilərində Xavyer Mileyin qələbəsini tanıyıb

Argentinanın iqtisadiyyat naziri Serxio Massa prezident seçkilərindəki rəqibi Xavyer Mileyin qələbəsini tanıyıb.

Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, Serxio Massa səslərin hesablanmasının rəsmi nəticələri dərc edilməmişdən əvvəl rəqibini təbrik edib.

“Mən Xavyer Mileyi təbrik etmək və uğurlar arzulamaq üçün onunla əlaqə saxladım, çünki o, argentinalıların əksəriyyətinin növbəti dörd il üçün seçdiyi prezidentdir”, - deyə hökumətin namizədi bildirib.

Milli Seçki Palatası bülletenlərin 88 faizinin işlənməsi barədə məlumatları dərc edib. Məlumata əsasən seçicilərin 55,91 faizi Mileyə səs verib.

Sağçı “Azadlıq gəlir” alyansına daxil olan Libertar Partiyasına rəhbərlik edən Miley ölkənin BRİKS-ə qoşulmasını dəstəkləmir, dövlətin həyata minimal müdaxiləsini müdafiə edir, Mərkəzi Bankı ləğv etmək istəyir və milli valyutanın dollarla əvəzlənməsini təklif edir. İqtisadi problemləri həlli üçün zəncirli mişarı özünə simvol seçən namizəd büdcə xərclərini ciddi şəkildə azaltmaq niyyətindədir.

Xəbər lenti

Çox oxunanlar