Xəzər Xəbər

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yeni yardım layihəsini təsdiqləyib

Dünya | 09:29 • 29 Sentyabr 2023
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yeni yardım layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollar məbləğində yeni yardımı böyük səs çoxluğu ilə təsdiqləyib.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, vəsait əvvəlcə Müdafiə Departamentinin 2024-cü maliyyə ili üçün maliyyələşdirmə qanunvericiliyinə daxil edilib və bu, bəzi respublikaçıların etirazına səbəb olub.

Bundan əvvəl Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının liderləri Ukraynaya həmin məbləğdə yardımı Pentaqonun maliyyələşdirmə qanun layihəsindən çıxarıblar.

Nümayəndələr Palatasında Ukraynaya dəstək qızğın müzakirə olunur, bəzi qanunvericilər Kiyevə yardımı azaltmağa çalışır, digərləri isə ABŞ-ın müttəfiqini dəstəkləməli olduğunu deyir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024