Xəzər Xəbər

Ermənistan Rusiyaya Roma statutu ilə bağlı ikitərəfli saziş təklif edib

Dünya | 16:10 • 28 Sentyabr 2023
Ermənistan Rusiyaya Roma statutu ilə bağlı ikitərəfli saziş təklif edib

Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutu məsələsinə dair hüquqi qərarı üzrə ikitərəfli saziş imzalamağı təklif edib.

Xezerxeber.az xəbər verir ki, Ermənistanın beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndəsi Eqişe Kirakosyan bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Roma statutunun ratifikasiyası halında Moskvanın narahatlığını aradan qaldırmaq üçün Rusiyaya ikitərəfli saziş bağlamağı təklif etmişik”, - deyə o bildirib.

Kirakosyanın sözlərinə görə, Rusiya sazişi imzalamaqdan imtina etsə belə, ölkə liderlərinin toxunulmazlığı var və Ermənistana səfər edəcəyi təqdirdə Prezident Vladimir Putinin mümkün həbsi barədə söhbətlər yersizdir.

Xəbər lenti