Xəzər Xəbər

İraqda toyda yanğın baş verib, 120 nəfər ölüb

Dünya | 09:08 • 27 Sentyabr 2023
İraqda toyda yanğın baş verib, 120 nəfər ölüb

İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında 120 nəfər həyatını itirib, 500 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İraqın İNA xəbər agentliyi məlumat yayıb.

Mosul Səhiyyə İdarəsinin müdir müavini Əhməd Həmdani yerli mətbuata faktı təsdiqləyib.

Yanğın bölgəsinə ətraf əyalətlərdən çoxlu yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb olunub.

Yanğının səbəbləri hələlik məlum deyil.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024