Xəzər Xəbər

Rusiyanın Ukraynadakı itkiləri 276 mini ötdü

Dünya | 10:15 • 25 Sentyabr 2023
Rusiyanın Ukraynadakı itkiləri 276 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 420 hərbçisini itirib.

Xezerxeber.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 276 270 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 13 zirehli döyüş maşını, 27 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024