Xəzər Xəbər

Ermənistanda hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd olub

Dünya | 16:17 • 24 Sentyabr 2023
Ermənistanda hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd olub

Ermənistanda hakimiyyətin zorakılıqla ələ keçirilməsinə cəhd olub.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Məlumata görə, “Hərbi Vətənpərvər Səlibçilər” QHT-nin üzvləri S.H., K.D., D.T., V.M., M.M., G.N., A.A., həmçinin A.B. və digər şəxslər hökumət əleyhinə fikirlərə malik olan, Ermənistan Respublikası hökumətinin üzvlərinə və başçısına qarşı ideoloji düşmənçilik mövqeyinə malik olmaqla, həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq etməklə, əllərində olan silah və sursatlardan istifadə edərək hakimiyyəti ələ keçirməyə razılaşıblar. Onlar o cümlədən, Ermənistan Respublikası hökumətinin səlahiyyətlərini Konstitusiyada nəzərdə tutulmayan başqa üsulla ələ keçirmək niyyətində olublar.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024