Xəzər Xəbər

Paşinyan: “Ermənistanın aid olduğu təhlükəsizlik strukturları səmərəsizdir”

Dünya | 13:13 • 24 Sentyabr 2023
Paşinyan: “Ermənistanın aid olduğu təhlükəsizlik strukturları səmərəsizdir”

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkəsinin hazırda aid olduğu təhlükəsizlik strukturları səmərəsizdir.

Xezerxeber.az xəbər verir ki, bu barədə o, xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Ermənistanın xarici və daxili təhlükəsizlik alətlərini dəyişdirmək və əlavə etmək lazımdır.

O əlavə edib ki, Ermənistan öz müstəqilliyini qorumaq üçün hər şeyi edəcək: “Biz qarşılıqlı faydalı birgə işə hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq etməliyik. Biz 2022-ci ilin dekabrında Roma Statutunu ratifikasiya etmək qərarına gəldik, o zaman ki, hamımıza KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlıq alətlərinin İrəvanın xarici təhlükəsizliyini təmini üçün kifayət etmədiyi aydın oldu”.

Onun sözlərinə görə, Roma Statutunun ratifikasiyası Ermənistana xarici təhlükəsizliyi təmin etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarından istifadə etməyə imkan verəcək.

Xatırladaq ki, 2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024