Polşanın daxili işlər naziri Mariuş Kaminski almaniyalı həmkarı Nensi Fezerlə miqrantların Polşa ərazisindən Almaniyaya tranziti ilə bağlı vəziyyəti müzakirə edib.
Xezerxeber.az xarici KİV-ə istinadən bildirir ki, Kaminski miqrantların yalnız kiçik bir hissəsinin Belarus və Polşadan keçməklə Almaniyaya getdiyini qeyd edib. Vurğulanıb ki, onlar əsasən “Balkan marşrutu”ndan istifadə edirlər.
Nensi Fezer isə jurnalistlərə açıqlamasında vurğulayıb ki, Almaniya hökuməti Polşa və Çexiya ilə sərhədlərdə daimi nəzarət məntəqələri yaratmaq variantını nəzərdən keçirir.
“Sərhədləri bağlamaq planı yoxdur, sadəcə olaraq, sərhəd-keçid məntəqələrində polis əməkdaşlarının sayını artırmaq lazımdır”, - deyə o əlavə edib.