Xəzər Xəbər

Ərdoğan ABŞ-nin ermənipərəst konqresmenini tənqid edib

Dünya | 12:52 • 19 Sentyabr 2023
Ərdoğan ABŞ-nin ermənipərəst konqresmenini tənqid edib

BMT Təhlükəsizlik Şurasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə plan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin PBC kanalına müsahibəsi zamanı ermənipərəst və antitürk mövqeyi ilə fərqlənən konqresmen Bob Menendesi tənqid edib.

Xezerxeber.az xəbər verir ki, Türkiyə Prezidenti Yunanıstana qarşı heç vaxt düşmənçilik siyasəti yürütmədiyini bildirib.

Qeyd edib ki, Türkiyə ilə Yunanıstan arasındakı münasibətlər konqresmenin təqdim etdiyi kimi gərgin və düşmənçilik səviyyəsində deyil: "Biz bir-birimizə qarşı düşmənçilik düşərgəsi formalaşdırmamışıq və düşmən mövqeyində dayanmamışıq. Bizim Yunanıstanla münasibətlərimiz təqdim olunan kimi deyil".

R.T.Ərdoğan nəzərə çatdırıb ki, konqresmen B.Menendes Türkiyəyə qarşı həmişə əks mövqedə olub: "O bizi heç də xoş olmayan diskussiyaya cəlb etmək istəyir. Biz onun oyununa qoşulmayacağıq".

Qeyd edək ki, ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsinin sədri B.Menendes rəsmi Vaşinqtonun mövqeyinə baxmayaraq, Türkiyəyə F-16 hərbi təyyarələrinin satılmasının əleyhinə çıxış edib.

Bu konqresmen Azərbaycana qarşı əsassız çıxışları ilə də tanınır. Onun ABŞ-də yaşayan erməni lobbisi ilə geniş siyasi korrupsiya əlaqələri var və lobbinin pulu hesabına siyasətdə duruş gətirir. O, ermənilərin kompakt yaşadığı yerlərdən Senata seçilir. Seçildikdən sonra isə Türkiyə və Azərbaycana qarşı böhtanlar yağdıraraq erməni lobbisinin borcundan çıxır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024