Xəzər Xəbər

Rusiya ABŞ-yə nota verib

Dünya | 17:45 • 14 Sentyabr 2023
Rusiya ABŞ-yə nota verib

Sentyabrın 14-də ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Xezerxeber.az xəbər verir ki, ABŞ səfirinə səfirliyin birinci katibi Ceffri Sillin və ikinci katib Devid Bernstaynın “diplomatik statusa uyğun gəlməyən” fəaliyyətləri ilə bağlı ciddi demarş olunub və nota verilib.

XİN-in məlumatında deyilir ki, həmin diplomatlar xarici ölkə ilə gizli əməkdaşlıq edən Rusiya vətəndaşı Robert Şonovla əlaqədə olaraq, ona mükafat müqabilində yerinə yetirilən tapşırıqlar veriblər.

ABŞ səfirliyinin əməkdaşları Ceffri Sillin və Devid Bernstayn “persona non grata” elan olunub. Onlar 7 gün ərzində Rusiyanı tərk etməlidirlər.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024