Xəzər Xəbər

Türkiyənin Mərkəzi Bankının sədri qadın seçildi BİR İLK

Dünya | 08:20 • 9 İyun 2023
Türkiyənin Mərkəzi Bankının sədri qadın seçildi
Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

1982-ci il təvəllüdlü Hafize Gaye Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib.

Təhsilini ABŞ-da davam etdirən Hafize Gaye Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Hafize Gaye Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirmişdir.

Xəbər lenti