Xəzər Xəbər

Rusiyalılar Kaxovka SES-i məsafədən partladıb - Kəşfiyyat

Dünya | 16:00 • 6 İyun 2023
Rusiyalılar Kaxovka SES-i məsafədən partladıb - Kəşfiyyat

Rusiya ordusu Kaxovka Su Elektrik Stansiyasını (SES) məsafədən partlatmaq üçün bəndə partlayıcı maddələr və texnika yerləşdirib.

Xezerxeber.az bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun teleefirdəki bəyanatında deyib.

“Məsafədən nəzarət olunan partlayış həyata keçirmək üçün partlayıcı maddələrin, müvafiq texnikanın daşınması faktları mövcuddur, belə faktlar və sübutlar var”, - deyə o bildirib. Yusovun sözlərinə görə, partlayıcı maddələrin gücünün dəyərləndirməsi barədə dəqiq məlumat az sonra veriləcək.

Qeyd edək ki, bu gecə Rusiya qoşunları Kaxovka SES-ində bəndi partladıblar. “Ukrhidroenerqo”dan bildiriblər ki, stansiya tamamilə dağıdılıb və bərpası mümkün deyil.

Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, bəndi RF ordusunun 205-ci motoatıcı hissəsi tərəfindən partladılması ehtimal olunur.

Kaxovka SES-in partladılması 80 yaşayış məntəqəsini su altında qalmaq təhlükəsi ilə üz-üzə qoyub. Hakimiyyət orqanları insanların ərazidən təxliyəsini həyata keçirir.

Xəbər lenti