Xəzər Xəbər

Kreml Kaxovka SES-in partladılmasında Kiyevi təqsirləndirib

Dünya | 15:09 • 6 İyun 2023
Kreml Kaxovka SES-in partladılmasında Kiyevi təqsirləndirib

Rusiya Kaxovka su elektrik stansiyasının (SES) partladılmasında Ukrayna tərəfini təqsirləndirib.

Xezerxeber.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində Kaxovka SES-in Ukrayna tərəfindən partladıldığını deyib.

“Birmənalı şəkildə deyə bilərik ki, bu, Ukrayna tərəfinin təxribatıdır. Bu təxribat regionun on minlərlə sakini, ekologiya üçün, eləcə də hələ məlum olmayan digər ağır nəticələrə gətirib çıxara bilər”, - deyə o bildirib.

Xəbər lenti

Çox oxunanlar