Xəzər Xəbər

Ermənistanda yüksək vəzifəli məmurun oğlu 240 kisə narkotiklə tutuldu

Dünya | 10:41 • 6 İyun 2023
Ermənistanda yüksək vəzifəli məmurun oğlu 240 kisə narkotiklə tutuldu

Ermənistan Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və satışı faktlarını aşkar edib.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, axtarış zamanı avtomobildən 240 kisə narkotik vasitə aşkar edilib, narkotik daşıyan şəxs isə saxlanılıb.

"Joqovurd" qəzeti yazır ki, saxlanılan şəxs yüksək vəzifəli məmur oğludur. Nəşr hələlik məmurun adını açıqlamayıb. O da qeyd edilir ki, bu fakt hüquq-mühafizə orqanlarında görünməmiş ajiotaj yaradıb.

Xəbər lenti