Xəzər Xəbər

Rusiya hərbçiləri Xersonda su elektrik stansiyasını partladıblar

Dünya | 09:58 • 6 İyun 2023
Rusiya hərbçiləri Xersonda su elektrik stansiyasını partladıblar

Rusiya hərbçiləri bu gecə, iyunun 6-da Xersonda yerləşən “Kaxovskaya” Su Elektrik Stansiyasını partladıblar, bəzi yaşayış məntəqələri su altında qala bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığının spikeri Vladislav Nazarov teleqram səhifəsində məlumat verib.

“Rusiya işğalçı qoşunları “Kaxovskaya” Su Elektrik Stansiyasını partladıb. Hazırda dağıntıların miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri dəqiqləşdirilir. Bütün xidmətlər işləyir”, - deyə Nazarov bildirib.

Xerson Vilayət Şurasının sədr müavini Yuri Sobolevski də Xerson vilayətinin sakinlərini Vilayət Hərbi Administrasiyasının mesajlarını diqqətlə izləməyə və göstərişlərinə əməl etməyə çağırıb.

Ukrayna Daxili İşlər Nazirliyi təxliyənin elan olunduğu yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Xerson vilayətinin Milli Polisi və Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri Dnepr çayının sağ sahilində, yəni Nikolayevka, Olqovka, Levo, Tyaginka, Ponyatovka, İvanovka, Tokarevka, Pridneprov kəndlərində və qismən Xerson şəhərində mülki əhalini potensial daşqın zonalarından xəbərdar ediblər və təxliyə işlərinə başlanılıb.

Xəbər lenti