Xəzər Xəbər

İsveçrə Ukraynaya 96 ədəd “Leopard 1” tankı göndərmək istəyir

Dünya | 16:00 • 1 İyun 2023
İsveçrə Ukraynaya 96 ədəd “Leopard 1” tankı göndərmək istəyir

İsveçrənin “Ruag” silah kompaniyası Almaniyanın “Rheinmetall” konserninə 96 ədəd “Leopard 1” tankının mümkün satışı üçün hakimiyyət orqanlarına müraciət edib. Həmin tankların sonradan Ukraynaya göndərilməsi nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, Deutsche Presse-Agentur (DPA) agentliyi bu barədə “Ruag” silah kompaniyasına istinadla məlumat yayıb. Məlumata görə, hazırda həmin tanklar istifadəyə yararsızdır.

İsveçrənin Dövlət İqtisadiyyat Katibliyi (SECO) “Ruag” kompaniyasından müvafiq müraciət aldığını təsdiqləyib. SECO mart ayında silah kompaniyasının analoji müraciətinə rədd cavabı vermişdi.

Kompaniyanın mətbuat katibi Kirsten Hammerixin sözlərinə görə, onlar “saziş variantlarını yaxşı təhlil etmək üçün” rəsmi qərara nail olmaq istəyir.

Xəbər lenti