Xəzər Xəbər

AEBA: İranda zənginləşdirilmiş uran ehtiyatının həcmi 23 dəfə artıb

Dünya | 09:27 • 1 İyun 2023
AEBA: İranda zənginləşdirilmiş uran ehtiyatının həcmi 23 dəfə artıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məlumatına əsasən, İranın zənginləşdirilmiş uran ehtiyatının həcmi 2015-ci il razılaşmasında nəzərdə tutulduğundan 23 dəfə çoxdur.

Bu barədə məlumatı AFP agentliyi yayıb.

Agentliyin məlumatına görə, bu ölkədə hərbi məqsədlər üçün yararlı uran ehtiyatının həcmi 4,74 tona çatıb. Bu isə 2015-ci il razılaşmasında nəzərdə tutulan 202,8 kiloqram limitindən qat-qat çoxdur.

Beynəlxalq qurumun digər hesabatına görə, İranda AEBA-nın qeydiyyatından keçməmiş nüvə müəssisələri ilə bağlı araşdırmalar dayandırılıb və ölkənin cənubunda yerləşən Fars ostanındakı Marivan obyektinə dair heç bir sual yoxdur və rəsmi Tehran tərəfindən həmin obyektlə bağlı müvafiq qaneedici izahat təqdim edilib.

Qeyd edilməlidir ki, İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsini nəzərdə tutan 2015-ci il beynəlxalq razılaşması 2018-ci ildə Tramp administrasiyası tərəfindən rədd edilib və ABŞ birtərəfli qaydada sazişdən çıxıb. Həmin vaxtdan sazişin bərpası istiqamətində danışıqlar davam etdirilsə də, indiyədək konkret nəticə əldə edilməyib.

Xəbər lenti