Xəzər Xəbər

Putin Ərdoğana zəng edib

Dünya | 23:58 • 29 May 2023
Putin Ərdoğana zəng edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu yenidən Türkiyə prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın Rusiya-Türkiyə münasibətlərinin inkişafına böyük töhfəsini qeyd edərək bildirib ki, Türkiyə xalqının öz liderinə göstərdiyi dəstək müxtəlif sahələrdə əməkdaşlıq üçün perspektivlər açır.

Rəcəb Tayyib Ərdoğan təbrikə görə təşəkkürünü bildirərək, birgə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Xəbər lenti