Xəzər Xəbər

Ukraynalı hərbçilər “Abrams” tanklarında təlimlərə başlayıb

Dünya | 17:19 • 27 May 2023
Ukraynalı hərbçilər “Abrams” tanklarında təlimlərə başlayıb

Ukrayna hərbçilərindən ibarət 400 nəfərlik qrup Kiyevin ehtimal edilən əks-hücumu fonunda Almaniyada “Abrams” tanklarının idarə edilməsi üzrə təlimlərə başlayıb.

Xezerxeber.az xəbər verir ki, “The New York Times” qəzeti bu barədə ABŞ Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

“Ukraynalı hərbçilər Almaniyanın “Qravenfor” və “Hoenfels” bazalarında “Abrams” tanklarının idarə edilməsi üzrə ümumqoşun təlimlərinə başlayıb”, - deyə Pentaqondan bildirilib.

Artıq bir neçə aydır ki, mətbuatda Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücumu mövzusu geniş müzakirə olunur. Rusiya hakimiyyətinin fikrincə, Qərb ölkələri tərəfindən Ukrayna ordusunun gözlənilən hücumunun açıq müzakirəsi onların münaqişədə bilavasitə iştirakını təsdiq edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti