Xəzər Xəbər

Erdoğan prezident seçilərsə yeni hədəflərdən danışıb

Dünya | 08:35 • 23 May 2023
Erdoğan prezident seçilərsə yeni hədəflərdən danışıb

Yeni dönəmdə əsas vəzifələrdən biri yeni konstitusiyanın hazırlanması və qəbul edilməsi olacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Haber telekanalının efirində deyib: "Türkiyə əsri" konsepsiyamızın ən əhəmiyyətli hədəflərindən biri də yeni konstitusiyadır. Biz demokratiyamızı çevrilişin məhsulu olan konstitusiyadan xilas etmək istəyirik. Təbii ki, biz bunu mümkün qədər geniş konsensusla etmək istəyirik. Cümhur İttifaqı olaraq təbii ki, qiymətləndirməni ilk olaraq özümüz edəcəyik. Daha sonra atılacaq addımları müəyyən edəcəyik", - deyə R.T.Ərdoğan bildirib.

Bu arada Ərdoğan “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğanın onu ikinci turda dəstəkləcəyinə dair açıqlamasına da münasibət bildirib.

O, S.Oğanın və millətin dəstəyi ilə ikinci turu qazanacağına inandığını vurğulayıb.

Ərdoğan, həmçinin S. Oğanın müxalifət tərəfindən tənqid edilməsini şərh edərək, bunun gözlənilən olduğunu əlavə edib.

Xəbər lenti

Çox oxunanlar