Xəzər Xəbər

Stoltenberq: Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq

Dünya | 15:00 • 31 Mart 2023
Stoltenberq: Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq

Finlandiya yaxın günlərdə Şimali Atlantika Blokunun tam hüquqlu üzvü olacaq.

Xezerxeber.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, NATO üzvlüyü Finlandiyanı və alyansı daha da gücləndirəcək. “Finlandiya qüdrətli orduya, geniş imkanlara və güclü demokratik institutlara malikdir. Buna görə də Helsinki alyansa böyük töhfə vermiş olacaq”, - deyə Yens Stoltenberq bildirib.

NATO-nun baş katibi, həmçinin İsveçin də mümkün qədər tez bir zamanda hərbi bloka qoşulmasını səbirsizliklə gözlədiyini vurğulayıb.

Xatırladaq ki, Yens Stoltenberq İsveçin Türkiyədə may ayında keçiriləcək prezident seçkilərindən sonra və alyansın Vilnüsdə sammitinin keçiriləcəyi iyul ayına qədər NATO-ya üzv olmasına çalışdığını qeyd edib. Hazırda İsveçin alyansa daxil olmasi barədə protokolu alyansın 30 ölkəsindən yalnız Türkiyə ratifikasiya etməyib. Rəsmi Ankaranın fikrincə, İsveç NATO-ya üzvlük üçün Türkiyə ilə imzaladığı memorandum çərçivəsində inandırıcı addım atmayıb.

Xəbər lenti