Xəzər Xəbər

Ermənistan parlamentində dava düşdü

Dünya | 12:50 • 31 Mart 2023
Ermənistan parlamentində dava düşdü

Ermənistan parlamentinin deputatları arasında dava düşüb.

Modern.az xəbər verir ki, hadisə parlamentin Dövlət hüququ daimi komissiyasının qapalı iclasında “Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi baş verib. 

"Hraprak" nəşrinin məlumatına görə, iclasda iştirak edən müxalifət və iqtidar təmsilçiləri arasında dava olub. İnsident müxalif deputat Artsvik Minasyan və komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb.

Deputat Aqnesa Xamoyan yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib, lakin detalları açıqlamayıb.

İnsidentlə bağlı polisə məlumat verilib. Deputat Artsvik Minasyan iş üzrə polis idarəsinə çağırılıb. 

Xəbər lenti