Xəzər Xəbər

“Fox News”: Donald Trampa qarşı ittiham “siyasi təmizləmədir”

Dünya | 12:33 • 31 Mart 2023
“Fox News”: Donald Trampa qarşı ittiham “siyasi təmizləmədir”

Nyu-York böyük jürisinin ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı ittiham irəli sürmək barədə qərarı “siyasi təmizləmədir”.

Bunu martın 30-da “Fox News” telekanalının aparıcısı Taker Karlson efirdə deyib.

Bir müddət öncə Ağ evin sabiq rəhbəri özünə qarşı istintaqı 2024-cü il prezident seçkiləri ilə bağlı “cadugər ovu” adlandırıb.

“The New York Times” qəzetinin məlumatına görə, martın 30-da Nyu-Yorkun böyük jürisi aktrisa Stormi Denielsə pul ödəmək üçün “Trump Organization” kompaniyasının maliyyə sənədlərinin saxtalaşdırması ilə bağlı Donald Trampa qarşı ittiham irəli sürülməsini dəstəkləyib. İttihama görə, vəkil Maykl Koen 2016-cı ildə keçirilən seçki kompaniyası zamanı Donald Trampla əlaqəsi barədə məlumat yaymaması, yəni susması üçün aktrisaya 130 min dollar ödəyib. Nyu-York Cənub dairə prokurorluğunun versiyasına görə, sabiq prezident sonradan “Trump Organization” kompaniyasının sənədlərini saxtalaşdırmaqla ödənilən həmin vəsaiti kompensasiya edib. (AZƏRTAC)

Xəbər lenti