Xəzər Xəbər

Lavrov Türkiyəyə səfər edəcək

Dünya | 17:15 • 30 Mart 2023
Lavrov Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı Qarabağda vəziyyət, Ukrayna və Suriya münaqişələri, Mərkəzi Asiya və Əfqanıstan mövzuları ilə bağlı məsələlər müzakirə olunacaq.

Bundan başqa, energetika, ticarət-iqtisadi, turizm sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Xəbər lenti