Xəzər Xəbər

Rusiya nüvə təlimlərinə başladı

Təlimlərə 3000-dən çox hərbi qulluqçu və 300-ə yaxın texnika cəlb olunub
Dünya | 10:33 • 29 Mart 2023
Rusiya nüvə təlimlərinə başladı

Rusiya Silahlı Qüvvələri “Yars” nüvə komplekslərinin təlimlərinə başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bu, tapşırıqların icrası zamanı hərbi qulluqçuların hərəkətlərinin ahəngdarlığını yoxlamaq məqsədilə planlaşdırılmış təlimlərdir.

“Silahlı Qüvvələr qitələrarası ballistik raketlə təchiz edilmiş “Yars” strateji raket sistemini komanda-qərargah hazırlığına gətirib və Novosibirsk raket birləşməsinin hərbçiləri bu sistemlə təlim keçəcək” – nazirlik deyib.

Mətbuat xidmətindən o da əlavə olunub ki, təlimlərə 3000-dən çox hərbi qulluqçu və 300-ə yaxın texnika cəlb olunub. (APA)

Rubrikanın digər xəbərləri

Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanır
Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanır ƏRDOĞAN ÖNDƏDİR/YENİLƏNİR
22:12 • 28 May 2023
Türkiyədə ikinci tur prezident seçkiləri başa çatıb
Türkiyədə ikinci tur prezident seçkiləri başa çatıb İLKİN NƏTİCƏLƏR AÇIQLANACAQ
18:02 • 28 May 2023
Türkiyə ikinci dəfə səs verir
Türkiyə ikinci dəfə səs verir FOTOLAR/YENİLƏNİB
17:18 • 28 May 2023
Ərdoğan və xanımı səs verdi
Ərdoğan və xanımı səs verdi FOTOLAR
15:30 • 28 May 2023
Türkiyədə Prezident seçkilərinin II turu keçirilir
Türkiyədə Prezident seçkilərinin II turu keçirilir YENİLƏNƏCƏK
09:09 • 28 May 2023
Kiyevdə partlayışlar olub
Kiyevdə partlayışlar olub ÖLƏN VƏ YARALILAR VAR
08:30 • 28 May 2023

Xəbər lenti