Xəzər Xəbər

İsrail Prezidenti Baş nazirə çağırış etdi

Dünya | 13:09 • 27 Mart 2023
İsrail Prezidenti Baş nazirə çağırış etdi

İsrail Prezidenti İshaq Hersoq ölkənin Baş naziri Binyamin Netanyahunu qalmaqallı məhkəmə islahatlarının qəbulu prosesini dayandırmağa çağırıb.

Xezerxeber.az xəbər verir ki, İshaq Hersoq, həmçinin hökumətə və koalisiya üzvlərinə müraciət edərək xalqın birliyi naminə qanunverici prosesin dərhal dayandırılmasını istəyib.

“Haaretz” nəşrinin məlumatına görə, İsrail Nazirlər Kabinetində məhkəmə sisteminin yenidən qurulması barədə qanunvericiliyin müzakirəsi səhərə qədər davam edib. Eyni zamanda, İsrail hökumətinin bəzi nazirləri – Binyamin Netanyahunun “Likud” partiyasının bütün üzvləri baş nazirə qanun layihəsinin ləğvini təklif edib.

İsraildə məhkəmə islahatlarına qarşı artıq 12-ci həftədir ki, davam edən etiraz aksiyaları qanun layihəsinə qarşı çıxan müdafiə naziri Yoava Hallantın istefaya göndərilməsindən sonra daha da şiddətlənib. Analitiklər bu addımı səbir kasasını daşdıran son damla adlandırırlar. Müdafiə nazirinin istefası yüz minlərlə israillinin küçələrə çıxmasına səbəb olub. Martın 26-da etirazçılarla polis arasında qarşıdurma yaşanıb, aksiyaların nəzarətdən çıxdığı barədə fikirlər səslənir.

Bu gün Binyamin Netanyahunun məsələ ilə bağlı çıxış edəcəyi gözlənilir.

Xəbər lenti