Xəzər Xəbər

Şimali Koreya nüvə başlığı daşıya bilən raketlər buraxıb

Dünya | 09:05 • 24 Mart 2023
Şimali Koreya nüvə başlığı daşıya bilən raketlər buraxıb

Martın 22-də Şimali Koreya nüvə başlığını imitasiya edən eksperimental döyüş başlıqları olan “Hvasal” seriyalı qanadlı raketləri sınaqdan keçirib.

Bu barədə "Koreya səsi" dövlət radiosu məlumat yayıb.

“Martın 22-də qanadlı raketlərlə silahlanmış bölmələrin taktiki nüvə hücumu üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə təlimləri keçirilib. Strateji qanadlı raketlər eksperimental döyüş başlıqları olan nüvə silahı ilə təchiz edilib”, - dövlət radiosu qeyd edib.

Təlimlər zamanı “Hvasal-1” və “Hvasal-2” seriyalı dörd raket buraxılıb. Raketlər Yapon dənizi üzərindən 1500-1800 kilometr məsafədə uçub və şərti hədəfləri vurub. Raketlərdən biri nüvə partlayışına nəzarət sistemlərinin və imitasiya qurğularının etibarlılığını yoxlamaq üçün 600 metr yüksəklikdə partladılıb.

Xəbər lenti