Xəzər Xəbər

"Müqəddəs ayda ədalətli dünya quraq" - BMT-nin mesajı VİDEO

Dünya | 12:10 • 23 Mart 2023
"Müqəddəs ayda ədalətli dünya quraq" - BMT-nin mesajı

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ramazan ayı münasibətilə videomüraciət yayıb.

Xezerxeber xəbər verir ki, bütün dünya müsəlmanlarına səmimi arzularını bildirən Quterreş Ramazanın düşünmək və öyrənmək ayı olduğunu qeyd edib.

İnsanlığın bu ayda tolerantlıq və mərhəmətlə bir araya gəldiyini bildirən Quterreş BMT-nin missiyasının dialoq, birlik və sülhü yaymaq olduğunu xatırladıb.

Quterreş fikirlərinin münaqişə zonalarında olan, köçkün və bu çətin anlarda əziyyət çəkənlərlə bir olduğunu deyib.

Quterreş Ramazan ayında insanları sülhə, qarşılıqlı hörmətə və həmrəyliyə çağırıb:

"Müqəddəs Ramazan ayından ilham alaraq hamı üçün daha ədalətli və bərabər bir dünya quraq. Ramazan bayramınız mübarək",- Baş Katib bildirib.

Xəbər lenti