Xəzər Xəbər

İstixana qazları tullantılarını azaltmağın bir sıra üsulları var

Dünya | 19:04 • 21 Mart 2023
İstixana qazları tullantılarını azaltmağın bir sıra üsulları var

İqlim dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun məruzəsinin müəllifləri bildirirlər ki, istixana qazları tullantılarını azaltmaq və planeti antropogen iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün bir sıra səmərəli və əlçatan üsullar mövcuddur.

BMT-nin rəsmi saytında yer alan xəbərə görə, Hökumətlərarası Ekspertlər Qrupunun sədri Hyosunq Li deyib: “İqlim dəyişikliklərinə qarşı mübarizə üzrə səmərəli və ədalətli tədbirlərin tətbiqi həm təbiətə və insanlara vurulmuş zərəri azaldacaq, həm də nəzəərəçarpacaq dərəcədə iqtisadi səmərə verəcək. Bizim məruzədə daha ambisiyalı tədbirlər görülməsinin təxirəsalınmaz olması vurğulanır və açıq-aydın göstərilir ki, əgər biz hamımız indi, dərhal işə başlasaq, planetin bütün sakinləri üçün etibarlı gələcəyi təmin edə bilərik”.

2018-ci ildə Hökümətlərarası Ekspertlər Qrupu istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün həll edilməsi zəruri olan məsələlərin görünməmiş miqyasını vurğulayırdı. İndi, o vaxtdan beş il sonra istixana qazları tullantılarının artması davam etdiyinə görə, bu hədəfə çatmaq daha da çətinləşib.

BMT-nin Baş katibi Antonio Quterreş Hökumətlərarası Ekspertlər Qrupunun məruzəsinin nəşri ilə əlaqədar bəyanatında vurğulayır: “Bəşəriyyət sanki nazik buz üzərində yeriyir və bu buz sürətlə əriyir".

Məruzənin müəllifləri qeyd edirlər ki, indiyə qədər görülmüş tədbirlərin, həmçinin cari proseslərin sürəti və miqyası iqlim dəyişikliyi probleminin həlli üçün kifayət etmir. Bir əsrdən artıq müddətdə qazıntı şəklində yanacağın yandırılması, həmçinin enerjidən qeyri-müntəzəm və qeyri-sabit istifadə edilməsi nəticəsində sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,1 dərəcə səviyyəsində qlobal istiləşmə baş verib. Bu da öz növbəsində, dünyanın bütün regionlarında hər il təbiət və insanlar üçün daha təhlükəli nəticələrə gətirib çıxaran intensiv ekstremal hadisələrə səbəb olur.

BMT-nin rəhbəri Antonio Quterreş əmindir: “Qlobal iqlim probleminin həllində hər bir ölkə iştirak etməlidir. Əgər kimsə əvvəlcə başqalarının hərəkət etməsini tələb edərsə, bütün bəşəriyyət sonuncu yerdə olacaq”.

Ekspertlər hesab edirlər ki, əgər texnologiyalar, nou-hau və müvafiq siyasi tədbirlər birgə tətbiq edilərsə, lazımlı maliyyə vəsaitləri artıq indi verilərsə, planetin hər bir regionunda karbonsuz istehlaka nail olmaq mümkündür. Eyni zamanda, əgər beynəlxalq cəmiyyət əhəmiyyətli investisiyalar ayrılmasını təmin edərsə, həssas qruplar və regionlar üçün artan risklərin qarşısını almaq olar.

Rubrikanın digər xəbərləri

Ermənistanda etirazçıların kütləvi həbsinə
Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI
12:03 • 15 İyun 2024
Zelenskinin Ofisidən Putinin təklifinə
Zelenskinin Ofisidən Putinin təklifinə CAVAB
17:15 • 14 İyun 2024
Kanada Rusiyaya qarşı sanksiyaları
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi
20:30 • 13 İyun 2024
Moskvadan İrəvana növbəti
Moskvadan İrəvana növbəti ÇAĞIRIŞ
19:01 • 13 İyun 2024
Belarus İrəvandakı səfirini
Belarus İrəvandakı səfirini GERİ ÇAĞIRIR
17:00 • 13 İyun 2024
Türkiyədə terrorçulara qarşı
Türkiyədə terrorçulara qarşı əməliyyat
09:51 • 13 İyun 2024
Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti
Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti dayandırır
19:48 • 12 İyun 2024

Xəbər lenti