Xəzər Xəbər

PKK terror təşkilatının maliyyə məsələlərinə məsul şəxsi öldürülüb

Dünya | 16:00 • 19 Mart 2023
PKK terror təşkilatının maliyyə məsələlərinə məsul şəxsi öldürülüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel-Rıfat bölgələri üzrə maliyyə məsələlərinə məsul nümayəndəsi “Hamza Kobani” kod adlı Mehmet Yıldırımı zərərsizləşdirib.

Xezerxeber.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Hələbin Şeyx Maqsud bölgəsində həyata keçirilən əməliyyatla zərərsizləşdirilən Mehmet Yıldırım 1986-cı ildə PKK terror təşkilatına qatılıb.

Mehmet Yıldırım Türkiyə və İraqda terror fəaliyyətlərindən sonra 2015-ci ildə Suriyaya keçib.

Xəbər lenti