Xəzər Xəbər

Çində koronavirusa yoluxma dalğası sona yaxınlaşır

Dünya | 14:51 • 30 Yanvar 2023
Çində koronavirusa yoluxma dalğası sona yaxınlaşır

Çinli həkimlər ölkədə vüsət alan koronavirusa yoluxma dalğasının sona yaxınlaşmaqda olduğunu bildirirlər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin gündəlik məruzəsində deyilir. Məruzədə, həmçinin yanvarın sonlarında ÇXR-də epidemioloji narahatlığın aşağı səviyyəyə endiyi, tibbi müəssisələrin yükünün azaldığı bildirilir.

Ölkədə yanvarın 21-27-də keçirilən və kütləvi səyahətlərlə müşayiət olunan Bahar bayramı tətilləri zamanı yeni ştammların yayılması və yoluxmaların sayında sıçrayışlar qeydə alınmayıb.

Yoluxma hallarının azalması tendensiyası Çinin bütün regionlarında müşahidə olunub. Ölkədə xəstəliyin ağırlaşması, xəstəxanaya yerləşdirilmə və ölüm halları azalmaqda davam edir.

Xəbər lenti