Xəzər Xəbər

Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb

Dünya | 14:00 • 30 Yanvar 2023
Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb

ABŞ-nin sabiq dövlət başçısı Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb.

Xezerxeber.az bu barədə "Euronews" telekanalına istinadla xəbər verir.

Sabiq dövlət başçısı Cənubi Karolina ştatının Kolumbiya şəhərində tərəfdarları qarşısında çıxışı zamanı 2024-cü ildə keçiriləcək seçkilərin ölkənin xilası üçün yeganə şans olduğunu və bunu edə biləcək liderə ehtiyac duyulduğunu deyib.

2020-ci ildə keçirilən seçkilərdə Birləşmiş Ştatların hazırkı Prezidenti Cozef Baydenə məğlub olan Donald Tramp bir müddət öncə dövlət başçısı postu uğrunda mübarizəyə başlamaq barədə qərar qəbul edib.

Xəbər lenti