Xəzər Xəbər

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb

Dünya | 12:06 • 30 Yanvar 2023
Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb

Ermənistanın İstintaq Komitəsi dünən hərbi qulluqçunun yaralanması faktı ilə bağlı cinayət işi açıb, saxlanılan var.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, dünən günorta saatlarında saxlanılan şəxs hərbçi yoldaşına məxsus avtomatı boşaldarkən ona atəş açıb. Nəticədə A.A. adlı hərbi qulluqçu başından güllə yarası alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 532-ci maddənin 2-ci hissəsi ilə cinayət işi başlanıb.

Yaralanan hərbçi əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti