Xəzər Xəbər

İstanbuldan gələn rusiyalı qadının mədəsindən yarım kiloqram kokain çıxdı

Dünya | 09:30 • 30 Yanvar 2023
İstanbuldan gələn rusiyalı qadının mədəsindən yarım kiloqram kokain çıxdı

Moskvanın Vnukovo hava limanında mədəsində yarım kiloqrama yaxın kokain olan qadın saxlanılıb.

Polis onu xəstəxanaya aparmalı və iki gün tualetə getməsini izləməli olub.

23 yaşlı Yevgeniya İstanbuldan Vnukovoya uçub və nədənsə gömrükçülərin şübhəsi altına düşüb. Rentgen şüaları göstərib ki, Yevgeniyanın mədəsində bir topa naməlum əşyalar var.

Sərnişin saxlanılaraq xəstəxanaya aparılıb. Sonrakı iki gündə Yevgeniyanın tualetə getməsi polis tərəfindən diqqətlə nəzarətə götürülüb. Tezliklə bu nəzarət öz nəticəsini verib.

Qadının mədəsindən 90 ədəd qara bağlama çıxıb. Onlar ekspertiza üçün göndərilib və Yevgeniyanın daxilində 446 qram kokain gəzdirdiyi məlum olub.

İndi narkotik qaçaqmalçılığı işi üzrə onu iyirmi ilə qədər həbs gözləyir. (oxu.az)

 

Xəbər lenti