Xəzər Xəbər

Müharibə Ukraynada 5 milyondan çox uşağın təhsilini yarımçıq qoyub

Dünya | 13:27 • 25 Yanvar 2023
Müharibə Ukraynada 5 milyondan çox uşağın təhsilini yarımçıq qoyub

Ukraynadakı müharibə səbəbindən 5 milyondan çox uşaq təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Valideynlər mümkün təhlükəni nəzərə alaraq, övladlarını məktəbə göndərməkdən çəkinir. Elektrik enerjisinin kəsilməsi isə online təhsili mümkünsüz edir.

Xezerxeber.az "Euronews" telekanalına istinadla xəbər verir ki, UNICEF-in Avropa və Mərkəzi Asiya regionu üzrə nümayəndəliyinin “Twitter” səhifəsində paylaşılan məlumatına görə, Ukraynadan kənardakı vəziyyət də ürəkaçan deyil. Üç qaçqın uşaqdan ikisi onları qəbul edən ölkələrdə dərslərə cəlb olunmur.

Rusiyanın hücumları nəticəsində Ukraynada minlərlə təhsil müəssisəsi dağıdılıb və ya zərər görüb. UNICEF mülki obyektlərə, o cümlədən enerji infrastrukturuna zərbələri dayandırmağa çağırıb.

Xəbər lenti