Xəzər Xəbər

"Mən sənə gülümsəmək üçün daha çox səbəb arzulayıram" - Xanımı Zelenskini belə təbrik etdi

Dünya | 11:39 • 25 Yanvar 2023
"Mən sənə gülümsəmək üçün daha çox səbəb arzulayıram" - Xanımı Zelenskini belə təbrik etdi

Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşını ad günü münasibətilə təbrik edib.

Xezerxeber.az xəbər verir ki, o, "Instagram" səhifəsində paylaşım edib. 

“İnsanlar məndən tez-tez soruşurlar ki, bu illər ərzində necə dəyişmisən. Mən isə həmişə cavab verirəm ki, dəyişməmişəm. O da eynidir. 17 yaşımız olanda tanış olduğum oğlan kimi. Ancaq əslində bir şey dəyişdi: daha az gülümsəyir. Mən sənə gülümsəmək üçün daha çox səbəb arzulayıram. Və bunun üçün nə lazım olduğunu bilirsən. Hamımız bilirik”, - Zelenskaya yazıb.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin doğum günüdür.

Onun 45 yaşı tamam olur.

Qeyd edək ki, Volodimir Oleksandroviç Zelenski 1978-ci il yanvarın 25-də Ukraynanın Krivoy Roq şəhərində doğulub.

1995-ci ildə orta məktəbi bitirib. V.Zelenski Kiyev Milli İqtisadiyyat Universitetinin Krivoy Roqdakı İqtisadiyyat İnstitutunda ali təhsil alıb. Amma heç vaxt öz ixtisası üzrə işləməyib.

O, 2003-cü ilin sentyabrında məktəbdən dostluq etdiyi Olena Zelenskaya ilə ailə həyatı qurub. Cütlüyün 2004-cü il iyulun 15-də Aleksandra adlı qızı, 2013-cü ilin yanvarın 21-də Krill adlı oğlu dünyaya gəlib.

V.Zelenski siyasətçi, prezident olmaqla yanaşı, həm də şoumen, aktyor, rejissor, ssenarist, prodüser və bədii direktor kimi də tanınıb.

Xəbər lenti