Xəzər Xəbər

“COVID-19”dan daha ağıq keçəcək virus yaradılacaq - Bill Qeytsdən müəmmalı açıqlama

"Növbəti pandemiya daha ağır keçəcək"
Dünya | 09:24 • 25 Yanvar 2023
“COVID-19”dan daha ağıq keçəcək virus yaradılacaq - Bill Qeytsdən müəmmalı açıqlama

Növbəti pandemiya “COVID-19”dan daha ağıq keçəcək və virus insan tərəfindən yaradılacaq.

Xezerxeber.az xəbər verir ki, bunu “Microsoft”un qurucusu, milyarder Bill Qeyts Avstraliyadakı Lou İnstitutunda çıxışında bildirib.

Qeyts “COVID-19” pandemiyasının başlanğıcından bəri Avstraliyanın sərt karantin qaydalarına keçməsini təqdir edib və bir çox ölkələrin bu cür addımları atmamasının qurbanı olduqlarını söyləyib.

Milyarder növbəti pandemiyanın daha ağır keçəcəyini vurğulayıb, dünyanı gözləyən yeni təhlükə barədə xəbərdarlıq edib. “Növbəti virus təbii deyil, insan tərəfindən yaradılacaq” deyən “Microsoft”un qurucusu, sözügedən pandemiyanın dünya iqtisadiyyatına 10 trilyon dollar zərər vuracağını da açıqlayıb.

O bildirib ki, dünya liderləri növbəti virusa hazırlaşmalı və qabaqcadan plan qurmalıdırlar: “Dünyada hər 5 ildən bir pandemiya təlimləri keçirilməlidir. 1000 dollara həyat qurtara bilərsiniz. Bundan daha qənaətcil bir şey yoxdur”.

Xəbər lenti