Xəzər Xəbər

Niderlandın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya | 14:33 • 24 Yanvar 2023
Niderlandın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Niderlandın Lehey şəhərində islam düşməni olan bir nəfərin yanvarın 22-də müqəddəs kitabımız “Qurani-Kərimi” hədəf alan təhqiramiz hərəkətini ən güclü şəkildə qınayırıq.

Xezerxeber.az xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin İçveçdən sonra bu dəfə də Niderlandda baş vermiş cinayət xarakterli, nifrət yaradan xoşagəlməz hadisəyə etiraz açıqlamasında əksini tapıb.

Açıqlamada qeyd olunur ki, bu hadisə sadəcə müsəlmanları deyil, bütün insan haqları və azadlığının təməl prinsiplərini, mənəvi dəyərləri, sülh şəraitində birgəyaşayış şərtlərini və mədəniyyətini hədəf alıb zədələyən hərəkətdir.

Qeyd edək ki, Niderlandın Ankaradakı səfiri bu məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, bu cür iyrənc və təhqiramiz hərəkətlərin qınanıldığı ən kəskin şəkildə səfirin diqqətinə çatdırılıb və belə təxribatçı hərəkətlərə yol verilməməsi tələb edilib.

Bildirilib ki, Türkiyə bu hadisəni törədən şəxsə qarşı lazımi, eləcə də belə hərəkətlərin bir daha təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini istəyir.

Xəbər lenti