Xəzər Xəbər

Tini Koks yenidən AŞPA-nın prezidenti seçilib

Dünya | 16:30 • 23 Yanvar 2023
Tini Koks yenidən AŞPA-nın prezidenti seçilib

Niderlandlı parlamentari Tini Koks 175 səslə yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

Xezerxeber.az xəbər verir ki, AŞPA qış sessiyasında qurumun prezidenti və 20 vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib.

Qurumun Niderlanddan olan 69 yaşlı üzvü və AŞPA-nın 2021-2022-ci illərdə prezidenti olmuş Tini Koks 175 səslə yenidən Assambleyanın prezidenti seçilib.

Qeyd edək ki, niderlandlı parlamentariya rəqib ukraynalı parlamentari Oleksandr Merejko idi. O, 44 səs toplayıb.

 

Xəbər lenti