Xəzər Xəbər

Hələb şəhərində yaşayış binası çöküb, 13 nəfər ölüb

Dünya | 17:04 • 22 Yanvar 2023
Hələb şəhərində yaşayış binası çöküb, 13 nəfər ölüb

Suriyanın Hələb şəhərində yaşayış binası çöküb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Reuters” Suriyanın dövlət mediasına istinadla məlumat yayıb.

Binanın çökməsi nəticəsində ilkin məlumata görə 13 nəfər ölüb. Ərazidə xilasedicilər işləyirlər. Ölü sayının artma ehtimalı var.

Hökumət rəsmiləri bildiriblər ki, Suriyanın ikinci ən böyük şəhərinin Şeyx Maqsud rayonundakı beşmərtəbəli binanın təməli zəifləmişdi və su sızması nəticəsində çöküb.

Xəbər lenti

Çox oxunanlar